Xəbər lenti

Qanında elə bir maddə var ki, 2,4 milyon körpəni ölümdən xilas edib
Dünya07:44 14.05.2018

Qanında elə bir maddə var ki, 2,4 milyon körpəni ölümdən xilas edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
13 yaşı olanda 3 ay xəstəxanada yatan və böyüyəndə donor olacağını özünə söz verən avstraliyalı Ceyms Harrison qanında nadir rast gəlinən immunoqlobin sayəsində 60 il ərzində 2,4 milyon körpənin həyatını xilas edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Ceymsin 18 yaşı olanda Avstraliyada həkimlər ölü doğum, düşmə riski kimi müxtəlif problemlər üzərində araşdırmalar aparırdılar. Körpələr ananın qan qrupunun müsbət olmasına baxmayaraq, mənfi qan qrupunda doğulmaları səbəbindən ortaya çıxan hemolitik anemiyadan ölürdülər. Bunu araşdıran alimlər nadir rast gəlinən immunoqlobinin onların həyatını xilas edə biləcəyini öyrənirlər.
Qan bankında axtarış aparıldıqdan sonra məlum olur ki, Ceymsin qanında bu maddədən var. Beləliklə 1967-ci ildən etibarən o, hamilə qadınlara qan verməyə başlayır.
Avstraliyada hər il hamilə qadınların 17 faizində bu problem müşahidə edilir. Bunu əsasən hesablamalara görə Harrison bu vaxta qədər 2,4 milyon körpəni ölümdən qurtarıb.
Alimlər Harrisonun bədəninin Anti-D adlı immunoqlobini təbii olaraq hazırladığını və bunun uşaq yaşlarında ona qan köçürülməsindən sonra ortaya çıxdığını ehtimal edirlər.
"Qızıl qollu adam" kimi tanınan Harrison bu xidmətinə görə, 2003-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşüb.