Xəbər lenti

“Qanlı bahar” yaxınlaşır: Putinin taktiki gedişinin ŞOK SİRRİ
Dünya20:43 16.03.2016

“Qanlı bahar” yaxınlaşır: Putinin taktiki gedişinin ŞOK SİRRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Terrorçuların nəzarəti altında olan Ukraynanın Donetsk vilayətinin İlovaysk şəhərinə Rusiya ərazisindən döyüş sursatları ilə yüklənilən dəmir yolu eşelonu gəlib.
 
UNİAN agentliyinin məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsindən bildirilib.
“Döyüş sursatlarının Rusiya ərazisindən terrorçuların nəzarətində olan ərazilərə göndərilməsi davam edir. İlovayska atıcı silahlar və artilleriya, o cümlədən döyüş sursatları ilə yüklənilən dəmir yolu eşelonu göndərilib”, – ukraynalı kəşfiyyatçıları qeyd ediblər.
Qeyd edək ki, Rusiya hərbi birləşmələrinin bir hissəsinin Suriyadan çıxarılmasından sonra Donbasda döyüş əməliyyatlarının aktivləşəcəyi barədə proqnozlar səslənir. Amerikalı senator Con Makkeynin fikrincə, Rusiya Ukraynada “qanlı bahar”a hazırlaşır.(Publika.az)
Qaynar.info