Moskvada Qeyri-qanuni Miqrasiyaya Nəzarət üzrə İnformasiya Mərkəzinin rəhbəri Aleksandr Dyagilev bildirib ki, Rusiyada qanunsuz leqallaşma miqrantlara 50 min rubldan (1117 azn) baha başa gəlir. Xüsusilə, burada uydurma nikah bağlamaq yolu ilə Rusiya vətəndaşlığını almaqdan danışmaq olar.
Qaynarinfo xəbər verir ki, Gazeta.ru-ya açıqlama verən ekspert "qiymət etiketi”nin əsasən regiondan asılı olduğunu və bunun Moskvada təxminən 50 min rubl (1117 azn) təşkil etdiyini deyib.
Dyaqilev əlavə edib ki, bir sıra dövlət qurumlarının əməkdaşları tez-tez fırıldaqçılıq sxemlərində şərik kimi çıxış edirlər.
Alpər