ABŞ-da qarlı hava şəraiti ölkənin bir çox ərazisində müşahidə edilir.
Qaynarinfo xəbər verir ki, bu günə qədər 8 nəfər soyuq və qeyri-sabit hava şəraitinin səbəb olduğu qəzalarda ölüb. Ötən günə qədər qarlı hava 280 təyyarə səfərinin təxirə salınmasına səbəb olmuşdu.
Ölkənin şimal-şərq ərazisində müşahidə edilən şaxta və qarın təsirinə təxminən 74 milyon insan məruz qalıb. Bəzi ərazilərdə havanın temperaturu hətta -25 dərəcəyə qədər enib.
Gülşən