Əsrlərdir müzakirə mövzusuna çevrilmiş Qar adamı əfsanəsinin sirri DNT analizləri ilə məlum olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir çox antik ədəbiyyatda haqqında bəhs edilən nəhəng Qar adamının Nepal, Butan, Tibet kimi geniş ərazidə yaşadığı deyilir.
Bu canlıya aid olduğu iddia edilən 9 DNK nümunəsi analiz edilib. Bu günə qədər əldə edilmiş diş, sümük, dəri, saç və nəcis nümunələrinin Asiya qara ayısı, Himalay və Tibet qonur ayısına aid olduğu məlum olub. Nümunələrdən biri isə itə məxsus olub.
Araşdırmaya rəhbərlik edən Şarlotte Lindqvist "Aşkarladığımız faktlar Qar adamı əfsanəsinin bioloji cəhətdən yerli ayılarla oxşar olduğunu və genetik araşdırmalarımız oxşar digər bilinməyən faktları müəyyənləşdirə biləcəyimizi göstərir" fikirlərini səsləndirib.
Durham Universitetinin bioloqu Ross Barnett məsələ ilə bağlı danışaraq "Qar adamına aid olduğu iddia edilən nümunələri araşdırmaq və ayılara aid olduğunu göstərmək nadir tapılan vəhşi heyvanlarla qorxuducu və əfsanəvi canlılar arasında əlaqənin olduğunu sübut edir" deyib.
Araşdırmaların nəsli tükənmək təhlükəsi ilə üzbəüz olan heyvanları qorumaq və yeni soy ağacı yaratmaq məqsədilə istifadə edilə biləcəyi deyilir.
Gülşən