
İstanbulda yerləşən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyin binasında yanğın baş verib.
APA-nın “BlackSea” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın İstanbuldakı baş konsulu, ölkənin QDİƏT-da daimi nümayəndəsi Boqdan Yeremenko bildirib ki, yanğın yerli vaxtla gecə saat 5-də baş verib və binaya ciddi ziyan dəyib. Onun sözlərinə binanın damı aşıb, tikili yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Təşkilatın baş katiblik funksiyalarını müvəqqəti olaraq Ukraynanın İstanbuldakı baş konsulluğu həyata keçirəcək.
Qaynar.info