Qara dənizdə 2400 illik yunan ticarət gəmisi tapılıb.
Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, gəmi 3 illik arxeoloji layihə çərçivəsində sualtı kamera sistemi vasitəsilə aşkarlanıb. 2 km dərinlikdə aşkarlanan vasitənin çürüməməsinin səbəbi oksigensiz şəraitdə qalmasıdır. Layihənin əsas tədqiqatçısı olan İngiltərənin "Southampton" Universitetinin professoru Con Adams tapıntını inanılmaz adlandırıb.
Gülşən