Ailəsi ilə birlikdə Qarabağa köçən rusiyalı milyarder Qerman Sterliqov bazar ertəsi mətbuat konfransı təşkil edəcəyinə dair söz verib. Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə milyoner özü "Vkontakte" səhifəsində yazıb.
"Bu gün dağlardan düşdüm, internetə daxil olduq və təəccübləndim. Bazar günü mətbuat konfransı keçirəcəyəm. Konfrans Dağlıq Qarabağ - Şuşada, günorta, Kazançeçoç küçəsində keçiriləcək. Akkreditasiya üçün telefon nömrəsi: +37497178343. Əziz jurnalistlər, siz həqiqəti biləcəksiniz".
Qeyd edək ki, daha əvvəl biznesmenin vəkili `Kommerstant` qəzetinə müsahibəsində Qerman Strelkovun ailəsi ilə birlikdə Dağlıq Qarabağa getdiyini bildirib.
Qaynar.info