Xəbər lenti

Qarabağda müharibə, Ermənistanda cinayət: Qanunsuz işlərin sayı sürətlə artır
Dünya14:33 04.11.2020

Qarabağda müharibə, Ermənistanda cinayət: Qanunsuz işlərin sayı sürətlə artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar Ermənistanda açılan cinayət işlərinin sayı kəskin artır.
Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə 2021-ci il büdcə layihəsi barədə müzakirələrdə İstintaq Komitəsinin sədr müavini Artur Məlikyan deyib.
O bildirib ki, açılan cinayətlərin, aparılan təhqiqatların, toplanmış materialların sayı sürətlə artır. 2017-ci ildə 29 min 57 işə baxılıbsa, 2019-cu ildə bu rəqəm 32 906 olub. 2020-ci ilin ilk yarımilində isə bu rəqəm artıq 18 minə yaxınlaşır.
Qarabağda baş verən son hadisələrlə bağlı isə ölkədə hərbi sferada cinayət işlərinin sayı artıb.
2021-ci ildə Ermənistanda 33 min cinayət işinə baxılması nəzərdə tutulsa da, hadisələrin gedişatı bu sayın çox olacağını söyləməyə əsas verir.