XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
"Qarabağ" 2 milyon avroluq transfer edir?
İdman13:48 18.08.2026

"Qarabağ" 2 milyon avroluq transfer edir?

“Qarabağ” Kamerun millisinin 25 yaşlı yarımmüdafiəçisi Ceyms Eto üçün Bolqarıstanın ÇSKA (Sofiya) klubuna təklif göndərib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, artıq ilkin təklif təqdim olunub, lakin Bolqarıstan klubu ilk təklifdən razı qalmayıb. Razılıq əldə olunacağı təqdirdə Ceyms Eto Azərbaycan Premyer Liqasında çıxış edə bilər. Bolqarların Ağdam təmsilçisindən 2 milyon avro tələb etdiyi deyilir.

Futbolçunun bu keçiddə maraqlı olduğu bildirilir. Bununla belə, Eto komandadan ayrılmaq üçün klub rəhbərliyi ilə münaqişəyə getmək niyyətində deyil. Növbəti addımın atılması üçün hər iki klub və futbolçu yekun qərarı gözləyir.

“Transfermarkt”ın məlumatına görə, Ceyms Etonun bazar dəyəri 1,8 milyon avrodur.

Kamerun millisində bir oyun keçirən Eto 2024-cü ilin sentyabrında hazırkı klubuna qoşulub. Onun ÇSKA Sofiya ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Futbolçu ilə “Ludoqorets” və “Gent” klublarının da maraqlandığı bildirilir.

Aydın