İdman 16:08 29.06.2022

"Qarabağ" alman klubu ilə heç-heçə oynadı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçün nəzərdə tutulan 2 yoxlama matçından birini keçirib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası Almaniya klubu "Holştayn Kiel"lə qarşılaşıb. "St. Ulrix" stadionunda baş tutmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda "Qarabağ" Ramil Şeydayevin vurduğu qollarla önə çıxıb. Lakin fasilədən sonra rəqib bərabərliyi təmin edib.

"Qarabağ" toplanışın və günün son matçında Rumıniya təmsilçisi "Universitatya Krayova” ilə qarşılaşacaq. "Yenbax" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda digər Rumıniya klubu "Botoşani"ni məğlubiyyətə uğradıb - 4:0.
 
Səbuhi Həsənov