İdman 12:00 08.10.2022

"Qarabağ" Avropada iki pillə irəlilədi

Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında "Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb.

Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. "Qarabağ” hazırda Avropanın 77-cisidir.

Digər klublarımız "100-lük”dən uzaq qərarlaşıb. "Neftçi” 33 xalla qitədə 223-cü, "Qəbələ” 5 xala 380-cidir. 

Qeyd edək ki, siyahıya 2297 xala malik "Real” başçılıq edir.