"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirə bilər. Ağdam təmsilçisinin hədəfində Cənubi Kiprin "Pafos" klubunda çıxış edən niderlandlı qolkiper Cey Qorter yer alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Kipr mediası yazıb.
Məlumata görə, Azərbaycan çempionu bir müddət əvvəl də 26 yaşlı qapıçının vəziyyətini dəyərləndirmişdi. İndi isə tərəflər arasında transferlə bağlı danışıqların başladığı bildirilir. "Pafos"un yeni qapıçı transfer etməsi Qorterin komandadan ayrılmaq ehtimalını artırıb və futbolçunun da karyerasını başqa klubda davam etdirməyə müsbət yanaşdığı qeyd olunur.
Bildirilir ki, hazırda "Qarabağ" üçün əsas namizədlərdən biri məhz Cey Qorterdir və klub bu keçidi reallaşdırmaq üçün fəaliyyətini sürətləndirib.
Qeyd edək ki, Amsterdam "Ayaks"ının yetirməsi olan Cey Qorter vaxtilə Niderlandın U-21 millisinin də formasını geyinib.
Aydın
Şərhlər