Xəbər lenti

“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
İdman20:37 06.11.2026

“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” matçından (0:1) sonra Ağdam klubunun azarkeşləri futbolçulara etiraz ediblər.

Qaynarinfo xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra “Qarabağ”ın “İmarət” fan-klubunun üzvləri futbolçuları tribuna önünə, öz yanlarına çağırıblar.

Komandalarının məğlubiyyətindən narazı qalan azarkeşlər “Bu azarkeşin haqqını verin!” şüarını səsləndirərək futbolçulardan daha yaxşı nəticələr tələb ediblər.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada ardıcıl 4-cü oyundur qələbə qazana bilmir.