İdman 14:31 16.09.2022

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Qaynarinfo xəbər verior ki, bu, "Qarabağ"ın Avropa Liqasının G qrupunun II turunda Fransa "Nant"ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var.

"Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un Yunanıstanda Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzması səbəbindən, Yunanıstan 24,725 xalla 20-ci pilləyə enib.
 
Səbuhi Həsənov