"Qarabağ" UEFA Çempionlar Liqasında İspaniya təmsilçisi "Barselona"nın nailiyyətini təkrarlayıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Benfika" 2025-ci ilədək heç vaxt qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.
Lissabon komandası artıq cari ildə iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, "Barselona" ilə Liqa mərhələsinin VII turunun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib - 4:5.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Benfika"nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olub.
Şərhlər