Xəbər verdiyimiz kimi, "Qarabağ" Mozambik millisinin üzvü Bruno Lanqanı heyətinə qatıb. O, İspaniyanın "Almeriya" klubundan transfer edilib. 3 illik müqaviləyə imza atan 28 yaşlı sol cinah oyunçusu komandada 5 nömrəli formanı geyinəcək.
Qaynarinfo xəbər verir ki, mozambikli oyunçunun transfer qiyməti açıqlanıb. "Transfermarkt"ın iddiasına görə, "Qarabağ" bu transfer üçün "Almeriya"ya 1 milyon avro (təxminən 1,9 milyon manat) ödəyib.
Qeyd edək ki, Bruno Lanqa "Almeriya"ya məxsus olsa da, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası "Eştrela"da keçirib. O, karyerası ərzində ölkəsində "Blek Bullz", "Maşakene", Portuqaliyada "Amora", "Vitoriya", "Şaveş", "Eştrela" və Cənubi Kiprdə "Pafos" klublarının formasını geyinib. Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Aydın
Şərhlər