Xəbər lenti

"Qarabağ" bu futbolçusunu 5,8 milyon manata satıb
İdman12:12 28.06.2026

"Qarabağ" bu futbolçusunu 5,8 milyon manata satıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz ki, "Qarabağ"ın aparıcı futbolçularından Leandro Andrade karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. 26 yaşlı Kabo-Verde millisinin üzvü rəsmi olaraq "Polissya Jitomir" klubuna transfer olunub.
 
Qaynarinfo-nun məlumatına görə, "Polissya Jitomir" bu keçid üçün "Qarabağ"a 3 milyon avro transfer haqqı ödəyib. Bu isə hazırkə məzənnə ilə təxminən 5,8 milyon manat deməkdir.
Ukrayna təmsilçisi futbolçu ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Portuqaliya vətəndaşlığına da sahib olan vinger yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından "Qarabağ”ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.
"Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.
Leandro "Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, "Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.