İdman 13:19 13.03.2023

"Qarabağ"ın futbolçularından yeni rekord - "Neftçi"ni geridə qoydular

"Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Misli Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu, 26-cı turun "Səbail”lə matçında baş verib. 3:0 hesablı qələbəyə bir topla töhfə verən Musa 18-ci dəfə fərqlənib. Ramilin aktivində 17 qol var.

Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. "Neftçi”nin üzvləri 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdi. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.
 
Səbuhi Həsənov