Xəbər lenti

"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlandı
İdman10:20 24.07.2022

"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün İsveçrəyə səfər proqramı bəlli olub.
Qaynarinfo-nun məlumatına görə, "köhlən atlar" iyulun 27-də Sürix şəhərinə yollanacaq.
Komandanı aparan təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.