İdman 10:50 17.09.2022

"Qarabağ"ın rəqibindən növbəti transfer

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" yenni transferini açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanlar Sedrik Bakambunu heyətinə qatıb. 

Bir müddət Türkiyədə də oynamış, son klubu "Marsel" olan 31 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. 

2014-cü ildə transfer olunduğu "Bursaspor"da meydana çıxdığı 40 oyunda 21 qola və 7 məhsuldar ötürməyə imza atan Bakambu "Vilyarreal", "BJ Quoan" kimi komandalarda da çıxış edib.

Bakambu Konqo millisinin heyətində 40 oyuna çıxıb və 13 qol vurub.

"Olimpiakos" daha əvvəl Marselo və Xames Rodrigez kimi ulduzları da rənglərinə bağlamışdı.

G qrupunda mübarizə aparan "Qarabağ"la "Olimpiakos" oktyabrın 6-da Yunanıstanda, ayın 13-də isə Bakıda qarşılaşacaq. Yuanıstandakı qarşılaşma 23.00-da, Bakıdakı görüş isə 20.45-də start götürəcək.

Səbuhi Həsənov