UEFA Avropa Liqasının G qrupunda "Qarabağ" və "Nant" arasında keçiriləcək matçın video-köməkçi hakimləri (VAR) bəlli olub.
Qaynarinfo xəbər verir ki, VAR sisteminə İtaliyadan olan ədalət təmsilçiləri nəzarət edəcəklər. Bunlar 38 yaşlı Luka Payretto və onun 45 yaşlı köməkçisi Cakomo Paqanessidir.
Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.
Səbuhi Həsənov