UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl” komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.
Qaynarinfo xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Şərhlər