Xəbər lenti

"Qarabağ" onunla müqavilə imzaladı
İdman15:28 21.06.2026

"Qarabağ" onunla müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Qaynarinfo Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.
Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.
Qeyd edək ki, o, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.