Xəbər lenti

phrase_var_qaynar. 09:17 03.08.2026

"Qarabağ" Pakistandan futbolçu transfer etdi

Pakistanın "Popo" klubu U-17 milli komandasının kapitanı Əbdül Səmədin "Qarabağ"a transfer olunduğunu rəsmən elan edib.

Qaynarinfo xəbər verir ki, hücumameylli gənc istedad bundan sonra karyerasını Ağdam təmsilçisinin akademiyasında davam etdirəcək.

8 ildir ölkəsində "Popo” klubunda futbolun sirlərini öyrənən Səməd artıq "Qarabağ”la münasibətləri rəsmiləşdirib. O, əvvəlcə Ağdam klubunun akademiyasında çıxış edəcək. Səməd növbəti mövsüm "Qarabağ”ın U-18 komandasının formasını geyinəcək.

"Popo” klubu keçidlə bağlı rəsmi məlumat da yayıb. Klub Səmədin "Qarabağ”a transferini istedadla yanaşı, fədakarlığın, zəhmətin və intizamın bəhrəsi adlandırıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->