Xəbər lenti

"Qarabağ" son dəqiqədə qol vurdu, "Şamaxı"ya qalib gəldi
İdman17:02 10.02.2026

"Qarabağ" son dəqiqədə qol vurdu, "Şamaxı"ya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Misli Premyer Liqasının XIX turunda son dəqiqə qolu ilə "Şamaxı"nı məğlub edib.
Qaynarinfo-nun məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə isə Kamilo Duran adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.
Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.