İdman 10:20 26.01.2023

"Qarabağ" təsdiqlədi: Supertransfer ola bilər

"Qarabağ" yeni transfer həyata keçirməyə hazırlaşır. "Lequipe"yə istinadən xəbər verir ki, ağdamlılar Yassine Benzia ilə anlaşıb. 

Karyerası ərzində "Lion", "Lill", "Fənərbağça" və "Olimpiakos" kimi məşhur klubların şərəfin qoruyan 28 yaşlı yarımmüdafiəçinin sonuncu komandası Fransa "Dijon"u olub.

Fanat.Az-a açıqlama verən "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə tanınmış futbolçu ilə danışıq apardıqlarını təsdiqləyib: "Transfer siyahımızda olan futbolçudur. Hazırda danışıqlarımız gedir. Danışıqlar müsbət nəticələnərsə, futbolçunu heyətimizə qatmaq istəyirik. Müqavilənin detalları və digər məqamlarla bağlı məlumat verə bilməyəcəm. Çünki hazırda danışıqlar gedir. Bütün detallar razılaşdırılıb ortaq məxrəcə gəlindikdən sonra Yassine Benzia ilə müqavilə imzalanacaq".