44 günlük müharibədən sonra Azərbaycan azad edilmiş ərazilərində digər kommunikasiya infrastrukturlarından əlavə Fizuli, Zəngilan və Laçında üç hava limanı tikməyə qərar vedi. Fizulidə hava limanı istifadəyə verildikdən sonra, digər ikisinin də yaxın 1-2 ildə istifadəyə verilməsi planlaşdırılır.
Sözügedən hava limanların əsas məqsədi:
Azərbaycan tərəfinin Qarabağın işğaldan azad olunmuş ərazisinin cənub hissəsində, İran və Ermənistanla sərhəddə hava limanları tikməsilə bağlı müxtəlif yanaşmalar və açıqlamalar olsa da, biz də mövzuyla bağlı öz təhlilimizi yazmağa çalışdıq.
Təbii ki, Azərbaycan hakimiyyəti sivil, iqtisadi və digər prioritetlərlə real məqsəd və planlarını gizlətmir. Bunla bağlı dövrü nəşrlərimizdə zaman-zaman açıqlamalar verilib. Lakin bütün bunların arxasında ciddi hərbi layihə və hesablamalar olduğu üçün çox məsələyə toxunmaq niyyətimiz yoxdur.
Beləliklə, məlumdur ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan arsenalında əsas rol oynayır. 44 günlük müharibədən sonra Azərbaycanın 30 illik yaranmış əsas hərbi problemini həll etdiyi görünəndə Bakı 2 ildə hərbi büdcəni 50%-dən çox artırmaq qərarına gəlib. Nəticədə Azərbaycan İsraildən PUA-ların almasını artırıb, eyni zamanda "Bayraktar" arsenalını əhəmiyyətli dərəcədə təkmilləşdirib, genişləndirmiş və bu sahədə öz hərbi sənayesində istehsalına başlamışdı (bu barədə Azərbaycan mətbuaatında yetərli məllumatlar əldə etmək olar).
Bu da sirr deyil ki, Azərbaycan hücum silahlarını sırf hücum etmək üçün əldə edir. Bununla belə, "Bayraktar"ların digər böyük PUA-larının müvəffəqiyyətlə istifadəsi üçün hava limanları və bir-birinə bağlı yol şəbəkələri kimi müvafiq infrastrukturun mövcudluğu da lazımdır.
"Bayraktar"ların (PUA) idarəçiliyinin maksimal məsafəsi 150 km-dir və onun optimal istifadəsi üçün quru nəzarət qovşağından orta hesabla 100 km daha kiçik bir məsafə tələb olunur.
Məsələn, Fizuli hava limanı bütün Qarabağ ərazisində PUA-lardan maneəsiz istifadəni təmin etmək imkanı verir. Belə ki, Zəngilan və Laçın hava limanları Naxçıvan hava limanı ilə birlikdə bütün Sünik (Zəngəzur), Vayots Dzor, Geğarkunik (Basarkeçər) rayonunun cənub hissəsində və Ararat bölgəsində eyni imkanlar yaradacaq.
Bu hava limanlarının şəbəkəsi Qarabağın, Sünikin (Zəngəzurun) cənub bölgələrinin hava məkanında iki şərti üçbucaq təşkil edir. Bu, Azərbaycana regionda mümkün hərbi əməliyyatlar zamanı PUA-lara fasiləsiz xidmət göstərməyə, onların həmin hava limanlarında uçuş və enişini təmin etməyə imkan verəcək. Anladığım qədər, Ukraynada "Bayraktar"ların səmərəsizliyi ilə bağlı ekspertlərin əsas fikri budur ki, sonuncunun geniş ərazisində sıx (yaxın msafələrdə) hava limanları şəbəkəsinin olmaması və PUA-ların ilk uçuşu və enişindən sonra onun eyni əraziləri hava hücumundan müdafiə sistemləri üçün həssas olur, yəni, Rusiya hava hücumu əleyhinə və hava zərbə sistemi vasitələri üçün zərbə və məhv etmək üçün əlverişli olub. Bu baxımdan da uçuş və eniş istiqamətlərinin bir-biri ilə yaxınlığının olması çox vacibdir.
Eyni zamanda, Azərbaycanın gözlənilən təhlükələrdən qorunması təkcə Ermənistanla məhdudlaşmır. Fizuli və Zəngilan hava limanlarının tikintisi, Azərbaycanın digər cənub bölgələrində mövcud infrastruktur və Naxçıvan hava limanı da İranın şimal bölgələrindən qorunmanı xeyli artırır. Həmin ərazilərin havadan kəşfiyyat imkanları da xeyli artır.
Başqa sözlə, Azərbaycanın bu infrastrukturlarla həm Ermənistanın cənub bölgələrindəki strateji əhəmiyyətli obyektlər haqqında məlumatların əldə edilməsində və Qarabağda hava üstünlüyünü əldə etmək kimi taktiki məqsəd, həm də strateji hədəfləri qorumağı əldə edə bilir. Eyni zamanda, Azərbaycan Qarabağın bütün işğaldan azad olunmuş rayonlarında çox əhəmiyyətli yol şəbəkəsi qurur, onun əsas qovşağı Şuşa-Laçın yolu, eləcə də Kəlbəcər olacaq. Murov dağının altından Kəlbəcərədək tunelin tikintisi xüsusilə diqqətəlayiqdir ki, bu da Azərbaycan qoşunlarının şimaldan Vardenis rayonunun Kəlbəcər və sərhəd zonasına hərəkətini xeyli asanlaşdıracaq.
Başqa sözlə, Azərbaycanın infrastruktur layihələrinin məntiqi onu deməyə əsas verir ki, təkcə Qarabağ ətrafında deyil, həm də Ermənistanın şərq sərhədlərində, xüsusən Sünik, Vayots Dzor və Vardenisdə təkcə hava deyil, həm də quru infrastrukturların yaratmağa yönəlib.
Azərbaycan sülhə hazırlaşmasından asılı olmayaraq, Ermənistanın Azərbaycana qarşı gözlənilən hər-hansı yeni genişmiqyaslı hücum planlarının hazırlaşmasına qarşıda sərhədi boyunca hava üstünlüyünü əldə saxlamağı istiqamətində planlı şəkildə lahiyələri həyata keçirir.
Ermənistana gəlincə isə müharibədən artıq 1,5 il keçir, ölkə nəinki hərbi xərcləri artırmayıb, nəinki hərbi infrastrukturu bərpa etməyib, hətta Ermənistanla İran arasında alternativ deyilən normal yolu belə çəkə bilməyib. Ermənistan hakimiyyəti hər gün Ermənistanın müxtəlif kəndlərində bir neçə yüz kilometrlik yolun kosmetik təmiri ilə öyünürsə, Azərbaycan davamlı hərbi məqsədlər üçün Qarabağda minlərlə kilometrlik yol şəbəkəsi qurmaqdadır.
Telman