Xəbər lenti

Qarabağı işğal etmiş erməni komandirlərindən HƏDƏ
Dünya10:13 25.10.2013

Qarabağı işğal etmiş erməni komandirlərindən HƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağın işğalında iştirak etmiş bir qrup erməni komandir oktyabrın 25-də bəyanat yayıb. 

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Ermənistanın suverenliyi və ərazi bütövlüyündən güzəştləri nəzərdə tutan, Dağlıq Qarabağın, azad edilmiş torpaqların digər dövlətə və ya dövlətüstü struktura verilməsinə yönələn, həmçinin bu dəyərləri alver predmetinə çevirən açıq bəyanatlar və gizli sövdələşmələr dövlətə, millətə xəyanət kimi qiymətləndiriləcək. Belə satqın ideyaların müəllifləri və onları yayanlar qanun və ümumxalq məhkəməsi qarşısında məsuliyyət daşıyacaqlar!"

 Bəyanatı sabiq səhra komandirləri Vladimir Aqasaryan, Vaan Badasyan, Henrix Akopyan, Artur Sərkisyan, Jirayr Səfilyan, Romels Fatyan imzalayıb.

Qaynar.info