Xəbər lenti

"Qarabağ"ın Avroliqa oyunları Bakı Olimpiya Stadionunda
İdman07:51 08.09.2018

"Qarabağ"ın Avroliqa oyunları Bakı Olimpiya Stadionunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi stadion dəyişdirilib.
Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 
"Qarabağ" və AFFA oyunların Bakı Olimpiya Stadionunda keçirilməsi üçün UEFA-ya müraciət edib.
Qeyd edək ki, bundan əvvəl "Qarabağ"ın rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanmışdı.
Onu da qeyd edək ki, "Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.