Xəbər lenti

Qarabağın ermənilər yaşayan hissəsində qaz verilməsi dayandırıldı
Dünya07:36 08.03.2022

Qarabağın ermənilər yaşayan hissəsində qaz verilməsi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşa-Zərifli hissəsində baş verən qəzaya görə Dağlıq Qarabağda qazın verilişi dayandırılıb. 
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə "Artsaxqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qəza martın 8-nə keçən gecə, saat 01:00 radələrində baş verib.
"Qaz təchizatının tezliklə bərpası üçün şirkət tərəfindən müvafiq işlər görülür. "Artsaxqaz” yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.
  
Alpər