Xəbər lenti

"Qarabağ"ın futbolçusunun çiyin bağının biri qırılıb
İdman12:40 24.09.2019

"Qarabağ"ın futbolçusunun çiyin bağının biri qırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqanın V turunda "Zirə” ilə səfər matçında zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.
Klubun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçumuz bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq. Ehtiyac duyulacağı təqdirdə, əməliyyat olunacaq.
Qeyd edək ki, Romero "Qarabağ”ın "Zirə”ni 3:1 hesabı ilə məğlub etdiyi oyunun 82-ci dəqiqəsində zədələnib və Toral Bayramovla əvəzlənib.