Xəbər lenti

"Qarabağ"ın qolunu saymayan hakim derbiyə təyinat aldı
İdman17:12 14.12.2021

"Qarabağ"ın qolunu saymayan hakim derbiyə təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda Ağdam klubunun vurduğu qolu qeydə almayan xorvatiyalı FIFA referisi Fran Yoviç ölkəsində vacib oyuna təyinat alıb.
Qaynarinfo xəbər verir ki, 37 yaşlı hakim I Liqada "Hayduk" və "Osiyek" komandaları arasında keçiriləcək derbi matçını idarə edəcək. Onun köməkçilərindən biri Ağdam klubunun "Bazel"lə oyununda yan xətt hakimi funksiyasını yerinə yetirmiş Luka Puşiç olacaq.
Qarşılaşma dekabrın 19-da keçiriləcək.
Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.