Xəbər lenti

Qarağacı kənd sakinlərinin qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənildi
Ölkə13:43 08.08.2023

Qarağacı kənd sakinlərinin qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz"ın "Səyyar qəbul otağı"nın növbəti ünvanı Bərdə rayonunun Qarağacı kəndi olub. 
"Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşların qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib. Görüş zamanı mövcud küçə qaz xəttinin diametrinin böyüdülməsi, fərdi yaşayış evinin qazlaşdırılması, küçə qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə bağlı müraciətlər daxil olub. 
Aksiyaya rayonun Mirzəcəfərli kəndindən üz tutan vətəndaşlar isə genişlənən əraziyə küçə qaz xəttinin çəkilməsi və 5 fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi görüşdə səsləndirilən hər bir müraciətlə bağlı vətəndaşlara lazımi izahat verərək, daxil olan müraciətlərin aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdırıb.