
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, Əhməd Özdəmir adlı kişi həyat yoldaşı və qızı ilə birlikdə yaşadığı yerdən köçüb. Bununla da dini nikahla yaşadığı qadından və ondan olan qızı ilə əlaqəsini kəsib. Hadisədən bir neçə il sonra Ə.Özdəmir cinayət hadisəsi törətdiyi üçün həbs edilib. Ə.Özdəmirin oğlu 42 yaşında təsadüfən də olsa ögey bacısı olduğunu öyrənib. O, uzun müddət davam edən axtarışlardan sonra bacısını Facebook sosial şəbəkəsində tapıb. O, bacısı ilə yazışdıqdan sonra telefonla danışıb və onu evinə dəvət edib. 3 övladı olan Aysel adlı qadın oğlu ilə birlikdə qardaşının evinə gəlib. Qardaş-bacının 42 illik ayrılığı bir neçə gün əvvəl bitib.