Xəbər lenti

Qardaşı oğlu həbs edilən general işdən çıxarıldı
Ekonomiks10:51 05.08.2022

Qardaşı oğlu həbs edilən general işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə idarənin rəisi, general-mayor Təmkin Xəlilov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Baş Gömrük İdarəsinin həbs edilən inspektoru Emin Xəlilov generalın qardaşı oğludur.
Xatırladaq ki, bu barədə ilk məlumatı "Qafqazinfo" yayıb.
Əhməd