Xəbər lenti

Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə
Ölkə18:15 24.08.2016

Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

Qaynarinfo.Az AzNews.az-a istinadən məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb.

Qaynarinfo.Az