Xəbər lenti

Qasım Suleymaninin qızı livanlı qızlara 2 milyon hədiyyə etdi (FOTO)
Dünya07:42 19.11.2021

Qasım Suleymaninin qızı livanlı qızlara 2 milyon hədiyyə etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hizbullah"ın İcraiyyə Şurasına xitabən "Zeynəb Suleymaninin evlənmiş gənc qızlara hədiyyəsi" başlıqlı məktubda yazılıb: "Zeynəb Suleymani "Hizbullah"ın sosial xidmətlərinə 2 milyon dollar (57 milyard tümən) pul ayıraraq tapşırıb ki, bu pul gənc qadınların müvəqqəti və daimi evliliklərinə dəstək üçün xərclənsin.
Qaynarinfo "AvaToday" ajansına istinadən xəbər verir ki, məktubda ayrılmış məbləğin xərclənməsi haqda deyilir: 
"Bu layihə gənc qızlara dəstək üçün nəzərdə tutulub. İlk evlilik üçün 1000 dollar, ikinci evlilik üçün isə 400 dollar ödəniləcək".
Bildirilir ki, hər kəs Zeynəb Suleymaninin bu "hədiyyə"sindən yalnız iki dəfə yararlana bilər. 
"AvaToday"  yazır ki, Zeynəb livanlı ərinin ailəsi ilə birlikdə və Hizbullah qruplaşmasındakı mövqelərindən istifadə edərək ailə biznesinə başlayıb, o da İran inqilabından öz payına düşən qazancı daha da artırmaq üçün İran xalqının sərvətlərini beləcə talayır.