Xəbər lenti

Qasırğa Meksikanı viran qoydu
Dünya06:44 26.08.2014

Qasırğa Meksikanı viran qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikanın Sakit okean sahillərindən Amerika Birləşmiş Ştatları istiqamətində hərəkət edən "Mari" qasırğasından Meksikada 10 minə yaxın ailə zərər çəkib. 

Ans press-in məlumatına görə, qasırğa, əsasən, ölkənin cənub-qərbində yerləşən Oxaka ştatına ziyan vurub. Ştatın ən çox zərər çəkən 10 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. 

Qasırğa yollarda dağıntılara, çayların məcrasından çıxması nəticəsində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. 

Qasırğanın mərkəzində küləyin sürəti hazırda saatda 230 kilometrdən çoxdur, lakin meteoroloqlar «Mari» qasırğasının tədricən zəifləyəcəyini proqnozlaşdırırlar.

Qaynar.info