İspaniyada şəhərlərarası qatar güclü yağış səbəbilə relsdən çıxıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Malaqa-Sevilya səfərini həyata keçirən qatarın relsdən çıxması nəticəsində azı 30 nəfər yaralanıb. Arahal-El Sorbitoda baş verən qəzadan sonra əraziyə helikopterlərlə yardım göndərilib.
Qatarda təxminən 70 nəfər sərnişin olub.
Gülşən