Xəbər lenti

Qatil 20 il sonra edam edildi
Dünya14:48 19.11.2014

Qatil 20 il sonra edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da öülm cəzası alan şəxs 20 il sonra edam edilib. Qaynar.info xəbər verir ki, Leon Teylorun edamı Missura ştatının Bonne Terre şəhərindəki həbsxanada gerçəkləşdirilib.
56 yaşlı Leon Teylor və iki ögəy qardaşı ilə birlikdə 1994-cü ilin 14 noyabrında Kanzasdakı bir yanacaqdoldurma məntəqəsinə daxil olaraq 400 dollar pulu götürüblər. Onlar yanacaqdoldurma məntəqəsində işləyən 53 yaşlı Robert Nuytonu 8 yaşlı ögəy qızının gözləri önündə qətlə yetiriblər. Teylor bu zaman kiçik qızı da öldürmək istəyib, amma silahı tutlduğundan buna edə bilməyib. Qardaşlar olaydan bir həftə sonra həbs edilib.
Qatilin vəkilləri iki gün öncə Missura qubernatoru Cay Niksona müraciət edərək onun uşaq vaxtı anası tərəfindən içki və narkotikə alışdırıldığını, həbsxanada isə həyatını digər məhkumlara yardım etməyə həsr etdiyini bildirərək edamın təxirə salınmasını istəyib. Lakin qubernator onların istəyinə mənfi cavab verib.
Teylor 20 il sonra həbsxanada ölümcül dozada dərmn vurularaq edam edilib. Bu Missura ştatında bu il həyata keçirilən 9-cu edam cəzası olub.
Qaynar.info