Xəbər lenti

Qatil balinaların 50 faizi bu maddəyə görə məhv olmaq üzrədir
Dünya09:29 28.09.2018

Qatil balinaların 50 faizi bu maddəyə görə məhv olmaq üzrədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya okeanında yaşayan qatil balinaların 50%-i sularda kimyəvi və qeyri-kimyəvi çirklənməyə görə ölüm təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, PCB (polixlorlu bifenil) kimyəvi maddəsi 10 illər əvvəl qadağan edilib, lakin hələ də okeanlar bu maddə ilə çirklənir və canlı mühiti məhvə aparır. PCB maddəsi canlıların orqanlarına ciddi zərər verə, xərçəngə səbəb ola və immunitet sistemini məhv edə bilər. Böyük Britaniya sularında yaşayan balinalar xüsusilə təhlükə altındadır, çünki bu günə qədər ən yüksək PCB səviyyəsi qeydə alınıb. Yaponiya, Braziliya da bu siyahıya daxildir. İspaniya və Şimal dənizində isə artıq bu canlılara rast gəlmək qeyri-mümkündür. 
Qeyd edək ki, PCB maddəsi 1930-cu illərdən bəri istehsal edilən elektrik məhsulları, plastik və boyaların tərkibində mövcud olub. 1970-ci illərdən bəri kimyəvi maddə qadağan edilsə də, hələ də sularda 1 milyon ton PCB tərkibli məhsul var. 
Gülşən