Xəbər lenti

Qatil "Lolita" 50 il sonra "azadlığa buraxılır"
Dünya11:14 02.04.2023

Qatil "Lolita" 50 il sonra "azadlığa buraxılır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Florida ştatında bir su parkında saxlanılan 56 yaşlı qatil balina "Lolita" 50 ildən çox müddətdir qapalı saxlandıqdan sonra iki il ərzində təbii yaşayış sahəsi olan Sakit okeana buraxılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Floridada "Lolita"nın saxlandığı parkı olan Mayami Seaquarium və "Lolita's Friends” ("Lolita"nın dostları)  adlı qeyri-hökumət təşkilatı açıqlama yayıb.
Bildirilib ki, 1970-ci ildə akvaparka gətirilən 56 yaşlı "Lolita"nın sərbəst buraxılması üçün razılıq əldə olunub. "Toki" və "Tokitae" adları ilə də tanınan "Lolita"nın "əsarət altında olan yaşlı qatil balinalar"dan biri olduğu və uzun illər su parkında yaşadığı üçün təbii mühitinə uyğunlaşması üçün zamana ehtiyacının olduğu bildirilib.
Ötən il Mayami Seaquariumu satın alan "Dolphin Company" tarixdə ilk dəfə olaraq bir su parkını idarə edən özəl şirkətin heyvanların rifahı üçün çalışan qeyri-hökumət təşkilatı ilə müqavilə bağlayacağını və "Lolita"nın təbii mühitinə qaytarılması üçün çalışacağını bildirib. "Lolita"ya 18-24 ay müddətində təbii mühitində qidalana bilməsi üçün balıq tutmağı öyrətmək kimi bəzi bacarıqlar qazanacağı və bu prosesdə təbii mühitinə hazırlanacağı qeyd edilib.
Aydın