Xəbər lenti

Qax sakini ona hücum edən canavarı boğaraq öldürdü
Ölkə18:07 23.02.2023

Qax sakini ona hücum edən canavarı boğaraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında Qax rayonunun Ləkit kəndində canavar kənd sakinləri, 74 yaşlı Qəhrəman Rəhimov və 60 yaşlı Hacı Hacıyevə hücum edərək onlara xəsarət yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, canavarın hücumu zamanı xəsarət alan Hacı Hacıyev canavarı boğaraq öldürə bilib.
Xəsarət alan hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.