Xəbər lenti

Qayalıqdan 13 yaşlı uşağın asılmış meyiti tapıldı - AZƏRBAYCANDA
Ölkə14:16 04.01.2014

Qayalıqdan 13 yaşlı uşağın asılmış meyiti tapıldı - AZƏRBAYCANDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məktəblinin intihar etdiyi və yaxud da, asıldığı haqda dəqiq məlumat yoxdur

Bu gün saat 17 radələrində cənub bölgəsində uşaq meyiti tapılıb. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, Lerik rayon Züzüç kənd sakini 2000-ci il təvəllüdlü Cəmil Azad oğlu Əliyevin cəsədi qayalıqda tapılıb. Uşağın cəsədi asılmış halda olub. 

Kənd sakinlərinin dediyinə görə, məktəblinin intihar etdiyi və yaxud da asıldığı haqda dəqiq məlumat yoxdur. 

Hazırda hadisə yerində polislər işləyir. Uşağın atası və anası uzun müddət öncə ayrılıblar. Azad Əliyev sürücüdür. Valideynləri ayrılandan sonra məktəbli atası ilə birgə yaşayıb.

Qaynar.info