Xəbər lenti

Qazaxıstan bir sıra Rusiya kanallarının yayımını dayandırdı
Dünya13:44 03.01.2024

Qazaxıstan bir sıra Rusiya kanallarının yayımını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın peyk və internet televiziya operatoru TVCOM bir neçə Rusiya telekanalını yayım cədvəlindən çıxarıb. 
Qaynarinfo bu barədə rabitə operatorunun mətbuat xidmətinə istinadən xəbər verir.
"PKVS Kazakhstan LLP ailəsinin telekanallarının yayım şəbəkəsindən çıxarılması barədə qərar qəbul edilib”, - nəşr yazır.
Operatorun Birinci Kanal MDB, Let's Go, Dom Kino, Carousel, Beaver, O! və qeyriləri kimi kanalların yayımını dayandıracağı bildirilir.
Şirkətdən verilən məlumata görə, bu qərar efirdə informasiya gündəmi olan kanalların payının azaldılması və əyləncə, maarifləndirici və rekreasiya məzmununun həcminin artırılması çərçivəsində qəbul edilib.
Alpər