Xəbər lenti

Qazaxıstan dünyadakı vəziyyətə görə xüsusi təyinatlılarını gücləndirir
Dünya13:15 26.12.2023

Qazaxıstan dünyadakı vəziyyətə görə xüsusi təyinatlılarını gücləndirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan Müdafiə Nazirliyi dünyada yaranmış vəziyyətlə əlaqədar xüsusi əməliyyat qüvvələrinin (SOF) inkişaf etdirilməsi planlarını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan xüsusi təyinatlılarının imkanlarının artırılması planları prezident Kasım-Jomart Tokayevin tapşırıqlarının icrası ilə bağlıdır.
"Bununla bağlı hərbi təhlükəsizliyə çağırış və təhdidlər, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən xüsusi təyinatlı qüvvələrin, ərazi qoşunlarının inkişafı yolu ilə ordunun döyüş potensialının artırılması, hərbi təlim keçmiş ehtiyatların xüsusi çəkisinin artırılması ilə bağlı tədbirlərə aydınlıq gətirilib", deyə Kamaletdinov bildirib.
Qazaxıstan Müdafiə Nazirliyinin rəis müavininin sözlərinə görə, Qazaxıstanın hərbi strateji istiqaməti müasir şəraitə uyğunlaşdırılmalıdır.
Aydın