
Qazaxıstan Türkiyədən gələn 2 milyard dollar dəyərində qızılı ələ keçirib.
"Qaynarinfo" xarici mətbuata istinadən Qazaxıstan Sərhəd Xidməti Beynəlxalq Müdafiə komitəsindən verilən açıqlamaya əsasən bildirir ki, Sərhəd Xidməti Astananın hava limanında İstanbuldan gətirilən iki çantanı müsadirə edib. Çantalarda təxminən 2 milyard dollar dəyərində dəyərli daşlar olduğu bildirilib.
Sərhəd Xidmətindən verilən açıqlamada isə bildirilib ki, "Yoxlama zamanı 48 kiloqram ağırlığında 11786 ədəd daş-qaş tapılıb. Qaçırılan malların toplam dəyəri təqribən 2 milyard dollardır".
Hadisəylə bağlı istintaq aparılır və cinayət işi başlanılıb.
Nərmin Həsənli
Qaynarinfo.Az