Xəbər lenti

Qazaxıstan və Özbəkistan dövlət sərhədinin demarkasiyası prosesini başa çatdırdılar
Dünya13:42 11.07.2023

Qazaxıstan və Özbəkistan dövlət sərhədinin demarkasiyası prosesini başa çatdırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan və Özbəkistan dövlət sərhədinin demarkasiyasını uğurla başa çatdırıblar. 
Qaynarinfo Tengrinews.kz-ya istinadən xəbər verir ki, bunu Qazaxstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
"Saziş 2022-ci il dekabrın 22-də Daşkənddə iki dövlətin başçıları tərəfindən imzalanıb və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Bu sazişin qüvvəyə minməsi dövlətin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı 19 illik prosesin tam başa çatması deməkdir. 2357 kilometrlik sərhəd 1301 sərhəd nişanı ilə işarələnib və səkkiz min səhifədən çox olan bir demarkasiya sənədində öz əksini tapıb”, - deyə Smadiyarov bildirib.
Nizami Bağırov