Xəbər lenti

Qazaxıstan XİN: Tiqran Keosayan persona non-qrata elan ediləcək
Dünya10:30 06.05.2022

Qazaxıstan XİN: Tiqran Keosayan persona non-qrata elan ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan Respublikası rusiyalı erməni jurnalist Tiqran Keosayanın persona non-qrata elan edilməsi prosesinə başlayıb.
Qaynarinfo "Kazinform”a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Ötən gün Keosayanın YouTube kanalında qazaxıstanlıların "Ukraynaya diqqətlə baxmalı” olduğunu bildirən bir video yayımlanmışdı. O, respublika haqqında da mənfi fikirlər səsləndirərək "dostluq oyunları bitdi, qərarsızları düşmənlər cərgəsinə yazmaq lazımdır” deyib.
"Həmin gün biz Keosayanın ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilməsi prosesinə start verdik. Diplomatik praktikada biz bəzən bundan istifadə edirik”, - Aybek Smadiyarov bildirib.
Bundan əvvəl Akmola vilayətinin erməniləri adından çıxış edən "Bari” mədəniyyət mərkəzinin rəis müavini Arman Manukyan bildirib ki, Keosayan çox təhqiramiz ifadələr işlədib. O vurğulayıb ki, yerli ermənilər Qazaxıstanla o qədər fəxr edirlər ki, övladlarının gələcəyini o ölkəylə bağlamaq istəyirlər.
Alpər